ƏSƏD NƏSRULLAYEV "Debet Safety"
Baş Direktor

Nəsrullayev Əsəd İbad oğlu, 1965-ci il 10 avqust tarixində Bakı şəhərində anadan olub.

1982-ci ildə Bakı şəhəri 159 nömrəli orta təhsil məktəbini bitirdikdən sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (sonradan M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti) Mexanika-riyazziyyat fakultəsinin birinci kursuna qəbul olub.

1984-1986-cı illərdə Sovet Ordusu sıralarında qulluq edib. Hərbi qulluqdan qayıtdıqdan sonra universitetin üçüncü kursundan təhsilini davam etdirib.

1987-ci ildə ADU-nun göndərişi ilə təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakultəsində davam etdirib. 1990-cı ildə Moskva Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib.

1992-ci ildə MDU-nin Mexanika-riyaziyyat fakultəsinin aspirantura pilləsinə qəbul olub və elmi fəaliyyətini “Differensial Tənliklər” kafedrasında Rusiya Elmlər Akademiyasının üzvü O.A.Oleynikin elmi rəhbərliyi altında davam etdirib. 1996-ci ildə MDU-nun elmi şurasında “Qeyri-xətti elliptik tənliklərin həllərinin asimptotikası” mövzusunda elmi işini müdafiə edib və fizika-riyaziyyat elmləri namizədi adına layiq görülüb. 1996-ci ildə Moskvada keçirilən İ.Q.Petrovski adına beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib.

1996-1997-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyazziyyat fakultəsinin “Differensial Tənliklər” kafedrasında müəllim kimi fəaliyyət göstərib. 

1997-ci ildə “Debet” şirkətini, 2001-ci ildə isə “Debet Safety” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edib. Bu günə qədər “Debet Safety” MMC-də direktor vəzifəsində çalışır.

Ailəlidir, üç övladı var.