İlqar Nuri 1973-cü ildə Sumqayıt şəhərində anadan olub.
Ali təhsilini Azərbaycan Texniki Universitetində “İnformasiya texnologiyaları (İT)” ixtisası üzrə alıb və 1995-ci ildə universitetdən fərqlənmə diplomu ilə məzun olub.
İlqar Nuri Veysəloğlu Şirkətlər Qrupuna 1997-ci ildə qatılıb. Karyerası ərzində o, İT mütəxəssis, daxili nəzarət, maliyyə müşaviri, korporativ idarəetmə islahatlari çərçivəsində yaradılan biznesə dəstək bölməsinin rəhbəri kimi vəzifələri icra edib. 2018-ci ilin noyabr ayından Şirkətlər Qrupunun Müşahidə Şurasının üzvüdür.
İlqar Nuri həmçinin LOGO və avtomatlaşmış anbar idarəetmə sisteminin (WMS) tətbiqinin rəhbəri olub, EBRD (2006) və DEG (2016-2017) ilə Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlığının qurulmasında birbaşa iştirak edib. Şirkətdə İFRS uçot sisteminin qurulmasına (2009-2011), “Deloitte Türkiyə” şirkəti ilə birlikdə beynəlxalq standartlara uyğun maliyyə strukturunun yaradılmasına rəhbərlik edib.
Hal-hazırda risk, audit, hüquq, daxili təhqiqat məsələləri üzrə baş ofis direktorudur və qrup baş icraçı direktorun müşaviridir