Четверг, 20 Октябрь 2022 13:25

Награждены победители 6-го национального конкурса "Brand Award Azerbaijan"

AZ

6-cı “Brand Award Azerbaijan” milli müsabiqəsinin qalibləri təltif edilib.

 

“Caspian Energy Club”ın təşkil etdiyi, AZPROMO və KOBİA-nın rəsmi tərəfdaşlığı ilə keçirilən 6-cı “Brand Award Azerbaijan” milli müsabiqəsində Azərbaycanın 2022-ci ildə 50 ən tanınan brendi müəyyən olunub.

“Caspian Energy Club”ın sədri və baş icraçı direktoru Telman Əliyev müsabiqədə 200-dən artıq milli korporativ, xidməti və məhsul brendinin iştirak etdiyini deyib. Bildirib ki, səsvermədə müxtəlif ölkələrdən 19802-dək respondent iştirak edib. Səsvermə zamanı şəffaflıq qorunub, belə ki, bir cihazdan yalnız bir dəfə səs vermək mümkün olub.

“Brand Award Azerbaijan” milli müsabiqəsi nəticəsində milli brendlərin geniş auditoriyalara çatdırılması və inkişafına nail olduq. Kiçik və orta biznes subyektlərinin tanınmasına şərait yarandı. Bununla yanaşı, müxtəlif şirkətlər öz rəqəmsal marketinq siyasətində yeniliklər tətbiq etdi, veb-saytlarını və məlumatlarını yenilədi, rebrendinq keçirdi və bu da onların məhsul və xidmətlərinin tanınmasına səbəb oldu. Bu “Brand Award Azerbaijan” layihəsinin əsas nailiyyətlərindən biridir. Bütün iştirak etmiş brendlərə təşəkkürümüzü bildiririk”, – deyə o bildirib.

Telman Əliyev vurğulayıb ki, “Brand Award Azerbaijan” və “Brand Award” ticarət nişanları dünyanın 50 ölkəsində “Caspian Energy Club”a məxsusdur. İ

“Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib ki, “Brand Award Azerbaijan” milli müsabiqəsində qalib gələn 50 brend 2023 ilin əvvəlində keçiriləcək “Brand Award International” müsabiqəsində iştirak edəcəklər.

Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və klubun fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən klubun Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

 

 

RU

 

Награждены победители 6-го национального конкурса "Brand Award Azerbaijan"

 

50 узнаваемых брендов Азербайджана были определены на 6-м национальном конкурсе «Brand Award Azerbaijan» 2022 года, организованном «Caspian Energy Club» и проведенном при официальном партнерстве AZPROMO и KOBIA.

 Как сообщил председатель и главный исполнительный директор Caspian Energy Club Тельман Алиев в конкурсе приняли участие более 200 национальных корпоративных, сервисных и товарных брендов. Он сообщил, что в голосовании приняли участие до 19 802 респондентов из разных стран. При голосовании сохранялась прозрачность, поэтому с одного устройства можно было проголосовать только один раз.

«В результате национального конкурса «Brand Award Azerbaijan» нам удалось донести и развить национальные бренды до широкой аудитории. Стали известны субъекты малого и среднего бизнеса. Наряду с этим различные компании внедряли инновации в свою политику цифрового маркетинга, обновляли свои веб-сайты и информацию, проводили ребрендинг, что привело к узнаваемости их продуктов и услуг. Это одно из главных достижений проекта «Brand Award Azerbaijan». Мы выражаем благодарность всем брендам-участникам» - сообщил он. 

 

Тельман Алиев подчеркнул, что торговые марки «Brand Award Azerbaijan» и «Brand Award» принадлежат «Caspian Energy Club» в 50 странах мира.

Председатель Caspian Energy Club и главный исполнительный директор группы Тельман Алиев сообщил, что 50 брендов, победивших в национальном конкурсе «Brand Award Azerbaijan», примут участие в конкурсе «Brand Award International», который пройдет в начале 2023 года.

 

Caspian Energy Club, объединяющий в своих рядах более 5000 компаний и организаций из 50 стран мира, был создан в июне 2002 года. Основная цель Caspian Energy Club, являющегося активным участником диалога «бизнес-власть», заключается в улучшении инвестиционной и деловой среды в Азербайджане и других странах, где осуществляет деятельность Caspian Energy Club, а также в стимулировании диалога в форматах B2G, B2B и B2C и в активном участии в них.

Caspian Energy Club является международной платформой для бизнес-нетворкинга и регулярно организует различные мероприятия. Штаб-квартира Caspian Energy Club находится в Баку. Caspian Energy Club имеет официальные представительства в Грузии и Казахстане, а также полномочных представителей в различных странах мира.

СТАТИСТИКА
Стран
50
Членов
5000
Мероприятий за год
100
club@caspianenergy.net +994503145358