Cümə axşamı, 26 Avqust 2021 06:26

SOCAR-ın “Kompleks qazma işləri” tresti "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanına əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2007-ci il tarixli 539 saylı Fərmanı və SOCAR-nin 12 mart 2007-ci il tarixli 51 saylı əmri ilə yaradılmışdır.

Yarandığı tarixdən etibarən “Kompleks qazma işləri” tresti respublikamızın dəniz və quru sahələrində müxtəlif geoloji xarakterli yataqlarda maili istiqamətləndirilmiş və horizontal neft və qaz quyularının qazılmasını həyata keçirməkdədir.

Sifarişçilər tərəfindən təqdim olunmuş məlumatlara əsasən, respublikada neft-qaz hasilatının sabit saxlanılması üçün istismar qazması işlərinin və yeni yataqların aşkar edilməsi üçün axtarış-kəşfiyyat qazma işlərinin yerinə yetirilməsi məqsədi ilə “Kompleks qazma işləri” tresti SOCAR-nin strukturuna daxil olan və böyük elmi potensiala malik olan idarələrlə ("Neftqazelmitədqiqatlayihə" İnstitutu , İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, Geofizika və Geologiya İdarəsi və s.) sıx əməkdaşlıq edir.

“Kompleks qazma işləri” trestinin buruqlarında sementləmə işlərinin daha keyfiyyətli, müasir standartlara uyğun və təhlükəsiz şəkildə həyata keçirilməsinin təmin olunması ən vacib elementlərdən biridiri. Bunun üçün əvvəlcədən müvafiq laborator analizlərin aparılması məqsədilə müxtəlif laboratoriya alətlərinin satın alınması nəzərdə tutulmuşdur.

Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanunlarına və SOCAR-ın Satınalmaların təşkili və idarəolunması üzrə normativ sənədlərinin müəyyən etdiyi qaydalara uyğun olaraq, eyni zamanda rəqabətliliyin artırılması və səmərəli dəyərin əldə edilməsinə nail olmaq üçün digər satınalma prosedurlarında olduğu kimi, hazırkı satınalma proseduru da “açıq müsabiqə” üsulunu tətbiq etməklə həyata keçirilir.

Satınalma proseduru daha ətraflı məlumatı aşağıdakı keçiddən istifadə etməklə əldə etmək olar :

http://caspianenergy.club/images/link/lab-alet.pdf

 

 

STATİSTİKA
Ölkə
50
Üzv
5000
İl ərzində tədbir
100
club@caspianenergy.net +994503145358