Çərşənbə, 11 Yanvar 2023 07:28

Süleyman Məcidli Mikayıl oğlu "Caspian Energy Turkiye"in sədri vəzifəsinə təyin olunub.

Bu barədə "Caspian Energy Club"un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.

Onun sözlərinə görə, Süleyman Məcidli, Türkiyə ərazisində "Caspian Energy Club"-un maraqlarını təmsil edəcək və eyni zamanda layihələrini idarə edəcək. Bunlarla yanaşı beynəlxalq “Caspian Energy Forum Türkiye”,  “Caspian Energy Award Türkiye”, “Brand Award Türkiye” və həmçinin Türkiyənin bütün regionlarında B2G və B2B forumlar, biznes-turlar və dairəvi masalar, “CEO Breakfast” və “CEO Lunchlar”,təşkil edəcək.

Süleyman Məcidli “Caspian Energy Türkiye” ofisinin yaradılmasında görülən işlərə görə Avni Demirciyə minnətdarlığını bildirib. Görüş zamanı Süleyman Məcidli Azərbaycan və Türkiyə sahibkarları arasında netvorkinqi genişləndirilməsində, ticari-iqtisadi əlaqələrin inkişafında aktiv iştirak edib , əlindən gələni edəcəyini vurğulayıb.

Məcidli Süleyman Mikayıl oğlu 1991-ci il sentyabrın 25-də Masallı şəhərində anadan olub. 1997-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, Namiq Məmmədov adına 9 saylı tam orta məktəbdə təhsil həyatına başlayıb. 2003-cü ildə  Bakı Özəl Türk Liseyinə daxil olub və 2008-ci ildə məzun olub. Elə həmin il Türkiyə Respublikasının aparıcı universitetlərindən biri olan Orta Doğu Texnik Universitetinin (ODTÜ)Mühəndislik fakültəsinin  Elektrik və Elektronika  mühəndisliyi ixtisasına daxil olub. Universiteti bitirdikdən sonra karyerasına başlamışdır.

2012-2016-cı illərdə Türkiyə Respublikasının Ankara şəhərində Elektrik avadanlıqları zavodunda “Keyfiyyətə nəzarət üzrə mühəndis”, “SCADA mühəndisi” vəzifələrində çalışmışdır.

2016-2017-ci illərdə Rusiya Federasiyasının, Moskva şəhərində, “BOES Construction” firmasında elektromexanik işlər departamentində “Xərclərə nəzarət və planlama koordinatoru” vəzifəsində çalışmışdır.

2017-2019-cu illərdə Bakı şəhərində, “Buxar MMC”-də “Biznesin inkişafı üzrə mühəndis” vəzifəsində və 2019-cu ildən günümüzə qədər isə qlobal enerji təminatçılarından olan “Aggreko” şirkətinin Azərbaycan nümayəndəsi olaraq çalışmaqdadır.

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edənregional təşkilatdır. Biznes - hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”unəsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin “B2G”, “B2B” və “B2C” formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edənregional təşkilatdır. Biznes - hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”unəsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin “B2G”, “B2B” və “B2C” formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

“Biznes-networking” üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraqmüxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Türkiyə, BƏƏ, İsrail, Özbəkistan, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanınmüxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

STATİSTİKA
Ölkə
50
Üzv
5000
İl ərzində tədbir
100
club@caspianenergy.net +994503145358