club@caspianenergy.net +994503145358

Proposal from Opalus Partners Group

Opalus Partners Group şirkəti 360 dərəcə qiymətləndirmə alətini təqdim edir.

 

360 dərəcə qiymətləndirmə aləti əməkdaşlarınızın güclü və inkişafa ehtiyacı olan sahələrini müəyyən etmək üçün mükəmməl vasitədir.

İlk mərhələdə, 360 dərəcə qiymətləndirmə aləti vasitəsilə siz qısa müddət ərzində rəhbərləri qiymətləndirmək imkanı əldə edəcəksiniz. Şirkətimiz tərəfindən müştəriyə qimyətləndirmə üçün geniş səriştələr kataloqu təqdim edilir. Lakin bununla yanaşı, məhz sizin şirkətə məxsus olan istənilən səriştələr alətimizə inteqrasiya edilə bilər. Azərbaycan, ingilis və rus dillərində mövcud olan bu alət tamamilə rəqəmsaldır və bu səbəbdən qiymətləndirmə prosesi sürətli və olduqca rahatdır. Prosesin tam anonim olması isə onun digər bir üstünlüyüdür.

İlkin qiymətləndirmədən sonra inkişafa ehtiyac olan sahələrin təkmilləşdirilməsi məqsədi ilə əməkdaşlıq etdiyimiz peşəkar biznes təlimçilər tərəfindən təlimlərin keçirilməsini nəzərdə tuturuq.

Təlimlər bitdikdən sonra isə, əldə olunan nəticələrin daha da möhkəmləndirilməsi  üçün Azərbaycanın ən təcrübəli ACC və PCC sertifikatlı kouçları ilə fərdi və ya qrup kouçinq sessiyaları baş tutur. Məhsulumuzun digər özəlliyi də ondadır ki, kouçinq sessiyalarına başlamamışdan əvvəl həm kouça, həm də kouçinqi alan şəxslərə KPI təyin olunur. Kouçinq sessiyaları bitdikdən sonra tövsiyyə olunur ki, təkrar 360 dərəcə qiymətləndirmə aparılsın. Hər iki qiymətləndirmənin nəticələrini müqayisə edərək real irəliləyişi görmək mümkün olacaq.

Qeyd edək ki, biznes təlimlər, fərdi kouçinq sessiyaları eləcə də yekun 360 dərəcə qiymətləndirmə müştərinin istəyinə uyğun olaraq aparılır.

Əlavə məlumat üçün Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. email ünvanına müraciət edə bilərsiniz.

Прочитано 60 раз
STATISTICS
Country
50
Members
5000
Events
100