Böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, 16 iyul 2021 il tarixində saat 9:00-da “Gate 25” restoranında “CEO Breakfast” keçiriləcək.
“CEO Breakfast”ın iştirakçılar arasında şirkət rəhbərləri və şirkətlərin marketinq və ya satış menecerləri olacaq. Bu birbirinizlə münasibət yaratmağınız, öz xidmət və məhsullarınızı təqdim etmək, eləcə də xidmət və məhsullarınızı klubdan kənar şirkətlərə tanıtmağınız üçün əlverişli şərait yaradacaq.
Pandemiya dövrünün tələblərini nəzərə alaraq platin, qızıl üzvü olan şirkətlərdən 2 nümayəndə, gümüş,bürünc üzvü olan şirkətlərdən 1 nümayəndə iştirak edə bilər.
Xahiş edirik, maksimum qısa vaxt ərzində qeydiyyatdan keçəsiniz. YERLƏR MƏHDUDDUR! Son qeydiyyat tarixi 14 iyul 12:00
İştirak haqqı 20 AZN təşkil edir.
Пятница, 16 Июль 2021 06:40