Forbes Caspian Energy

Böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, biz bir əsrdən çox tarixi olan Forbes brendi ilə əməkdaşlığa başlamışıq.

2022-ci ilin mart ayında Forbes Georgia ilə imzalanmış memorandum əsasında xüsusi buraxılış qismində Forbes – Caspian Energy jurnalının birinci nömrəsi işıq üzü görəcək.

Məqsədlərimiz regionda olan davamlı inkişaf proseslərinin işıqlandırılması, Azərbaycan iqtisadiyyatında keçirilən islahatların pozitiv nəticəsi, işğaldan azad olunan torpaqlara və digər regionlara investorların cəlb olunması və Azərbaycan şirkətlərinin, dövlət və özəl sektorda həyata keçirdikləri layihələrin beynəlxalq bazarlarda tanıdılmasıdır. Həmçinin Forbes – Caspian Energy jurnalının geniş oxuyucu kütləsinə milli mənəvi irsimizin, zəngin tariximizin və cəmiyyətimizin unikal, istedadlı və qabaqcıl üzvlərinin tanıtımını hədəfə almışıq.

Forbes – Caspian Energy jurnalının birinci buraxılışına dəstək olmağınızı xahiş edirik.
Əlavə məlumat üçün Caspian Energy Club-un menecerlerine müraciyyət etməyinizi xahiş edirəm.
Hamınıza uğurlu gün arzu edirəm!