club@caspianenergy.net +994503145358
Среда, 23 Декабрь 2020 13:42

10th International Caspian Energy Investment Forum & 5th International Caspian Business Award 2020 - 23.12.2020

10-cu Beynəlxalq “Caspian Energy Investment Forum” keçirilib.

23 dekabr 10-cu Beynəlxalq “Caspian Energy Investment Forum” keçirilib. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Caspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyev forum iştirakçılarını salamlayaraq çıxışında “ 2020-ci il hər kəs üçün çətin olsa da nəticələri çox sevindirici oldu. Azərbaycanın rəşadətli və şanlı ordusu cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bizə zəfər və qələbə hissin yaşatdı, tarixi Azərbaycan torpaqları işğaldan azad olundu və yeni ili ərəzi bütövlüyündə qarşılayacağıq.”  deyə qeyd edib.
O həmçinin bildirib ki “Caspian Energy Forum ənənəvi olaraq ildə 4 dəfə keçirilirdi: sentyabr ayında Azərbaycanda, iyunda Gürcüstanda və s.. Təəssüflər olsun ki pandemiya şəraitində məcbur olduq ki, ilin sonunda Caspian Energy Forum və Beynəlxalq “Caspian Business Award 2020” mükafatının təqdim etmə mərasimini keçirək. Texniki səbəblərdən biz forumu bir neçə hissəyə ayırdıq və indiki “Caspian Energy Investment Forum”  sərmayələrə və ilin yekunlarına həsr olunub. 2021-ci ilin birinci yarısında neft-qaz, sənayə mövzusuna həsr olunmuş Caspian Energy Forum Azərbaycan, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Rusiya və Özbəkistanda keçiriləcək. Məqsədimiz vahid bir platforma olaraq öz fəaliyyətimizi beynəlxalq arenada qalaraq inkişaf etdirməkdir. Bildiyiniz kimi Caspian Energy Club 30 mart tarixindən 111-ci tədbirini keçirir və bu münəsibətlə klub üzvlərin təbrik edirəm.
Bu gün 10-cu Beynəlxalq “Caspian Energy Investment Forum”-un spikerləri nitqlərində 2020-ci ilin yekunlarını və 2021-ci ilə olan məqsədlərini qeyd etdilər. Formun onlayn şəkildə keçirilməsinə baxmayaraq həm dövlət məmurlarının, həm də şirkət rəhbərlərinin qeydləri forum iştirakçılarına biznes mühitin incəliklərinə sözün əsl mənasında toxunmağa imkan verdi.”

 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rəşad Mafusov və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Samir Hümbətov 2020-ci ildə əldə olunan nəticələr və 2021-ci ilə dair məqsəd və gözləntilərini forum iştirakçıları ilə bölüşüblər.

Daha sonra “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev, “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə, ASE ASYA AFRIKA HIZLI KARGO VE DAGITIM şirkətinin baş direktoru Rəşad Abasov, Azərbaycanın Qazaxıstan Respublikasındakı Ticarət Evinin baş direktoru Hüseyn Cəbrayılov, Azersun Holding Çay məhsulları üzrə marketinq direktoru Derya Cantutan Ata, Debet Safety şirkətinin baş direktoru Əsəd Nəsrullayev, "Kartaş LTD" MMC-nin baş direktoru Necmeddin Taşbağ, Gazelli Group-un icraçı direktoru Nərmin İsmayılova, Azpetrol LTD-nun büdcəyə nəzarət şöbəsinin rəisi İlqar Əliyev və Delta Group C.O. MMC-nin baş direktoru İlkin Şabanov 10-cu Beynəlxalq “Caspian Energy Investment Forum” -un iştirakçıları qarşısında geniş təqdimatları ilə çıxış ediblər.

10-cu Beynəlxalq “Caspian Energy Investment Forum”-un yekun sözü Caspian Energy Club-un sədri və idarə heyətinin üzvlərinə verilib. Onlar Caspian Energy Club üzvləri adından cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və hökümətin iqtisadi blok nümayəndələrinə 2020-ci ildə gördüyü işləri və sahibkarlara göstərilən dəstəyi, verilən motivasiya və töfhələri qeyd edib minnətdarlıqlarını bildiriblər. İdarə heyətinin üzvləri forum iştirakçılarına 2021-ci ildə uğurlar və yeni müvəffəqiyyətlər arzulayaraq növbəti Caspian Energy Forumu Qarabağda keçirmək ümid ilə yekun sözü bitiriblər.


Forumda 50 ölkədən nümayəndə iştirak edib. Onların arasında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin, həmçinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərləri, eyni zamanda, Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri olub. 

Sıralarında dünyanın 50 ölkəsindən 5 000-dən artıq şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

 

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Caspian Energy Club-un mənzil-qərargahı Bakıda yerləşir, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

EVENTS ARCHIVE
СТАТИСТИКА
Стран
50
Членов
5000
Мероприятий за год
100