LƏZZƏT

LƏZZƏT
1995-ci ildə qurulan Lezzet Food Industry LLC şirkəti öz biznesini şəkər istehsalından başlamışdır. Ötən dövr ərzində istehsal gücünü artıran MMC taxıl məhsullarının təmizlənməsində və qablaşdırılmasında, quru meyvələrin qızardılmasında və qablaşdırılmasında, həmçinin «lukum» və qarğıdalı çubuqlarının istehsalında uğurlar əldə etmişdir. Bu illər ərzində «Lezzet Qida Sənayesi» MMC yeni müəssisələr yaratmaqla öz biznesinin spektrini genişləndirdi. Hazırda «Lezzet Biscuit and Chocolate Factory», «Lezzet Broyler», «Lezzet» MMC ,«Yeyinti sənayesi» və «Naxçıvan şərab» MMC fəaliyyət göstərir.